Nazir: Coğrafi yaxınlıq İraqla münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır
sizinxeber.az xəbər saytı

Nazir: Coğrafi yaxınlıq İraqla münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır


Son vaxtlar Azərbaycan və İraq arasında ticarət dövriyyəsi, eləcə də qarşılıqlı investisiyalar artıb ki, bu da iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına marağın olduğunu göstərir.

“Sizinxeber.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.

"Ölkələrimizin strateji mövqeyi və coğrafi yaxınlığı, əminik ki, energetika, infrastruktur, tikinti, logistika, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Bu yaxınlarda yaradılmış hökumətlərarası komissiya əməkdaşlığın daha da inkişafı üçün yaxşı katalizator ola bilər", - C.Bayramov qeyd edib.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Azərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir
Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir
Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və İraq arasında beynəlxalq platformalarda da öz əksini tapan tarixi dostluq var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər