Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir
Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bosniya Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşündə Azərbaycanın Sarayevoda səfirliyinin açılması alqışlanıb. E.Konakoviç həmçinin vurğulayıb ki, Bosniya Azərbaycanda öz səfirliyinin açılmasının son mərhələsindədir. Bu da ölkələrimiz arasındakı münasibətləri, xüsusilə iqtisadi əlaqələri gücləndirəcək. Hər iki tərəf razılaşıb ki, ölkələr arasında həll olunmamış məsələlər yoxdur, ancaq ikitərəfli sazişin imzalanması üzərində iş sürətləndirilməlidir", - məlumatda bildirilib.
Öz növbəsində, Azərbaycan XİN turizm, kənd təsərrüfatı, sənaye, texnologiya və qarşılıqlı investisiyalar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərindən istifadənin vacibliyini qeyd edib. C.Bayramov vurğulayıb ki, qarşıdan gələn COP29 sessiyası Azərbaycan ilə Bosniya və Herseqovina arasında tərəfdaşlığın yeni istiqamətləri üçün əlverişli imkanlar yaradır.
"Bosniya və Herseqovina həmçinin postmünaqişə dövründə regiondakı cari vəziyyət və reallıqlar, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işləri, mina təhlükəsi ilə mübarizə, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması gündəliyi barədə ətraflı məlumatlandırılıb", - Azərbaycan XİN-in məlumatında qeyd edilib.
Oxşar xəbərlər
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bosniya və Herseqovina Türkiyədən Bayraktar TB2 alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bosniya və Herseqovinada məktəbdə atışma olub, üç nəfər öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bosniya və Herseqovinada məktəbdə atışma olub, 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












