Azərbaycan Nepalla investisiya əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirib
sizinxeber.az xəbər saytı

Azərbaycan Nepalla investisiya əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirib


Azərbaycan və Nepal Katmanduda ilk Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirərək, diplomatik münasibətlərdə yeni bir səhifə açıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Nepal KİV-i yazıb.

Məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Nepala səfəri çərçivəsində təşkil edilib.

Nepal nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Ray rəhbərlik edib. Tərəflər qarşıdakı illərdə Nepal və Azərbaycan arasında tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını ifadə ediblər.

Müzakirələrin əsas mövzuları ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi, turizm və mədəni mübadilə, təhsil sahəsində əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizədə birgə təşəbbüslər olub.

Qurumların nümayəndələri regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın zəruriliyini və “yaşıl enerji” sahəsində tərəfdaşlıq üçün potensialın mövcudluğunu vurğulayıblar.

Tərəflər “yaşıl enerji”nin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi sahəsində birgə layihələr üçün potensialı müzakirə ediblər.

Məsləhətləşmələr zamanı qarşılıqlı investisiyalar üçün prosedurların sadələşdirilməsi və hər iki ölkədə biznes forumların təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

Nepal KİV-inin məlumatına görə, səfər çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepalın rəsmi şəxsləri, o cümlədən Prezident Ramçandre Paudel və hökumət başçısı Şarma Oli ilə görüşəcək.

Həmçinin nümayəndə heyəti Nepalın İnvestisiya Şurası tərəfindən təşkil edilən dəyirmi masada iştirak edəcək. Tədbir iki ölkə arasında investisiya imkanlarının öyrənilməsinə həsr olunacaq.

Məlumat yenilənir

Oxşar xəbərlər

Nepal XİN-in katibi: İqlim böhranı ilə mübarizədə birgə səylərə çağırırıq
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Nepal Prezidenti Azərbaycana səfər edəcək
Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər