İran Prezidentinin Azərbaycana səfəri regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır - RƏY
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bunu “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır:
“Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri də formalaşıb. Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir”.
Deputat vurğulayıb ki, bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir.
S.Salmanova bildirib ki, İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır:
“Bu, Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm siqnaldır. Fikrimcə, İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin ümumi rifahına töhfə verəcəyinə inanır”.
Parlamentari hesab edir ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər:
“Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir”.
Oxşar xəbərlər
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidentinin Azərbaycana səfəri bu həftə planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidentinin Rusiyaya səfər proqramı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













