Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
sizinxeber.az xəbər saytı

Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək


İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.

"İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardan biridir", - o qeyd edib.

Onun sözlərinə görə, İran həmişə qonşularla ümumi maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək prinsipinə əməl edib:

“Bu baxımdan, Cənubi Qafqazda gedən proseslərlə bağlı Tehran ölkələrin ərazi bütövlüyünə hörmət və regionda davamlı sülhün dəstəklənməsinə əsaslanan siyasət yürüdür”. 

F. Mohacerani bildirib ki, səfər və qarşıdan gələn danışıqlar İran və Azərbaycan arasında böyük potensiala malik olan əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq: 

"Ümumiyyətlə, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional sabitliyin bərqərar olması və iki ölkənin ümumi imkanlarından istifadə istiqamətində praktiki addım kimi qiymətləndirilməlidir. Bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa xidmət edə biləcək potensialdır", -

Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfər edəcəyi bildirilmişdi.

Oxşar xəbərlər

İran Prezidentinin Azərbaycana səfəri bu həftə planlaşdırılır
İran Prezidenti Azərbaycana səfər edəcək - EKSKLÜZİV
İran hökuməti ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqlayıb
İran Prezidentinin Rusiyaya səfər proqramı açıqlanıb
İran Prezident Məsud Pezeşkianın Rusiyaya səfər proqramı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər