İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var
sizinxeber.az xəbər saytı

İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var


İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ərəfəsində hökumət üzvləri ilə iclas keçirib.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Yüksək səviyyəli görüşdə nazirlərlə yanaşı, Mərkəzi Bankın rəhbəri, Pezeşkianın siyasi müşavirləri və Azərbaycanla sərhəd vilayətlərinin rəhbərləri iştirak ediblər.

Müşavirədə ikitərəfli münasibətlərin cari səviyyəsi və son hadisələr barədə məruzə araşdırılıb, ticarət, enerji, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Pezeşkian İran və Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrin mövcud olduğunu qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün böyük potensial var.

İran Prezidenti həmçinin hökumətlər, özəl sektor və əhali arasında əməkdaşlığın gücləndirilməsinin hər iki ölkədə iqtisadi inkişafa töhfə verəcəyini vurğulayıb.

Oxşar xəbərlər

Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti Azərbaycan Baş nazirinin müavini ilə danışıqlar aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti Azərbaycana səfər edəcək - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər