Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi dünya ictimaiyyətini Qlobal Cənubu dəstəkləməyə çağırıb
sizinxeber.az xəbər saytı

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi dünya ictimaiyyətini Qlobal Cənubu dəstəkləməyə çağırıb


Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev dünya ölkələri və təşkilatlarını Qlobal Cənubu dəstəkləməyə çağırıb.

"Report" xəbər verir ki, o, bununla bağlı aprelin 28-də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışında bildirib.

"Qlobal Cənub QHT Platformasına üzv təşkilatları və digər ölkələri birliyə çağırıram. Çünki deyilən hər fikir və ideya bu dəqiqə bizim üçün böyük önəm daşıyır", - M.Babayev qeyd edib.

Prezidentin nümayəndəsi xatırladıb ki, COP29 dövründə əsas məqsədlərdən biri dəstəyə ehtiyacı olan ölkələrə maliyyə proqramının razılaşdırılması idi: 

"Bu dövrdə iqlim dəyişiklikləri çağırışlarında QHT-lər, yerli təşkilatlar, gənclər təşkilatları bizimlə birgə oldular. İqlim təşəbbüsləri ətrafında hər kəs toplaşdı. Ən önəmlisi budur ki, biz onların dəstəyini hiss etdik. COP29 dövründə iqlim maliyyəsi üzrə gözləntilər 300 milyardın üstündə idi. Lakin uzun danışıqlardan sonra tərəflər iqlim maliyyəsi üçün tələb olunan rəqəmi 300 milyard dollar müəyyən etdilər. COP29 və COP30 üzvləri artıq müəyyən proqramın hazırlanması üzrə işlərə başlayıblar. Onlar iqlim maliyyəsi boşluğunu 1.3 trilyon dollaradək doldurmağı hədəfləyirlər".

Oxşar xəbərlər

Muxtar Babayev nazir vəzifəsindən azad edilib, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub
Muxtar Babayev: Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələrdən biri idi
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər