Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
sizinxeber.az xəbər saytı

Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub


Ukrayna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində İqlim Klubu Qlobal Platformasına (“Climate Club Global Platform”) qoşulub.

"Sizinxeber.az" xəbər verir ki, İqlim Klubu Qlobal Platforması yüksək emissiyalı sənaye sahələrinin dekarbonizasiyasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə sıfır və aşağı emissiyalı sənaye inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

Platforma beynəlxalq əməkdaşlıq, maliyyə və texnologiyanın dəstəyi ilə həmin ölkələrin sıfır və aşağı emissiyalı sənaye təcrübələrinə keçidini asanlaşdıracaq.

Platformanın əsas məqsədi dəstəyə ehtiyacı olan ölkələri beynəlxalq investorlarla əlaqələndirmək və onların müasir texnologiyalara çıxışını təmin etməkdir. Ukraynanın bu təşəbbüsdə iştirakı ölkənin yaşıl bərpa prosesinə beynəlxalq tərəfdaşların dəstəyini cəlb etməyə imkan yaradacaq.

Oxşar xəbərlər

COP29-da sənaye dekarbonizasiyası üçün tərəfdaş axtrışı üzrə qlobal platforma istifadəyə verilib
Azərbaycanda "Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə" imzalanıb
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər