Muxtar Babayev: Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələrdən biri idi
Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələrdən biri idi.
APA xəbər verir ki, bunu Prezidentin İqlim Məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
"Cənab prezidentimizin rəhbərliyi altında COP29 yüksək səviyyədə təşkil olunmuşdu və uğurlu nəticələr verdi. Qarşıya qoyulmuş inkluziv və şəffaflıq prioritetlərinin həyata keçirilməsində QHT-lər, gənclər və qadınlar təşkilatlarının bizimlə birgə fəaliyyət göstərməsinə çalışırdıq. 2024-cü ildə vətəndaş cəmiyyəti ilə ölkədə və BMT platformalarında çoxlu gərgin görüşlər keçirildi. Bu prosesdə biz daim QHT-lərin dəstəyini hiss etdik. COP29-un birinci məqsədi inkişaf etmiş ölkələrin inkişafda olan ölkələrə maliyyə dəstəyi verməyə razılaşdırmaq idi. 300 milyard dollar donor maliyyə ayrılmasını təmin etməyə çalışdıq. İndi karbon bazarına özəl sektordan milyardlarla dollar ayrılır. "İtki və ziyan" fondu - maliyyə proqramlarının kompensasiyası üçün nəzərdə tutulmuş bu ikinci məqsəd də COP29 zamanı uğurla baş tutdu. Üçüncü məsələ isə, Qlobal Cənub Platforması idi ki, bu da əməkdaşlıq üçün olduqca mühüm hadisədir", - o əlavə edib.
Oxşar xəbərlər
Qlobal Cənub QHT-ləri Bakıya toplaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP29 və COP30 komandaları iqlim maliyyəsi boşluğunu 1.3 trilyon dollaradək doldurmağı hədəfləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Çin karbon emissiyalarının azaldılması naminə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













