Rəsmi Bakı: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini nümayiş etdirir
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 25 aprel 2025-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd etməsinə dair məlumatında qeyd olunub.
Bildirilib ki, məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.
Oxşar xəbərlər
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsassız iddialarını rədd edib
Beynəlxalq Ədalət Məhkəməsi hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı Ermənistanın əsassız iddialarını rədd edib
Beynəlxalq Ədalət Məhkəməsi Vardanyan və digər 15 erməni əsilli şəxsin mühakiməsi ilə əlaqədar Ermənistanın bir sıra iddialarını rədd edib
Rəsmi Bakıdan Ararat Mirzoyana SƏRT CAVAB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
