Səfir: Zəngəzur dəhlizi açılarsa, Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək
sizinxeber.az xəbər saytı

Səfir: Zəngəzur dəhlizi açılarsa, Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək


Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Ankaranın prosesə dəstək verdiyini bildirib.

Diplomat söyləyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daha da inkişaf etməlidir: “Bu gün ticarət həcmimiz altı milyard yarım dollardır. Hədəf 15 milyard dollardır. Bu, xəyal deyil. İnteqrasiya sürətlənərsə, qarşıdakı 3-5 il içində bu hədəfimizə çata bilərik”.

B.Akgün Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə səbəb olduğunu vurğulayıb. “İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Azərbaycanın əzmi, Türkiyənin güclü mənəvi və siyasi dəstəyini mühüm rol oynadı”.

Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini bildirib: “Hər iki ölkənin xalqları münasibətlərin səviyyəsindən xəbərdardır və bunu qiymətləndirir. Siyasi baxımdan prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyub. Bu, İkinci Qarabağ müharibəsində olduğu kimi, Türkiyədəki zəlzələdə də özünü göstərdi. Zəlzələ zamanı Azərbaycan ən çox narahat olan və ən çox yardım göstərən ölkə idi. Əlaqələrimizi iqtisadi və mədəni baxımdan dərinləşdirməli, bir-birimizi daha yaxşı başa düşməli, birgə əməkdaşlıq perspektivini gücləndirməliyik”.

Oxşar xəbərlər

Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
Türkiyəli nazir: "İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik"
Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Türkiyəli nazir: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər