Azərbaycan və Sloveniya XİN başçılarının geniştərkibli görüşü keçirilir - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan və Sloveniya XİN başçılarının geniştərkibli görüşü keçirilir - YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniyanın xarici işlər naziri Tanya Fayon arasında geniş tərkibli görüş keçirilir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

Görüş zamanı tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Eyni zamanda, regional təhlükəsizlik, nəqliyyat əlaqələri və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

***

11:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayon arasında təkbətək görüş keçirilir.

Sizinxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub.

Oxşar xəbərlər

Ceyhun Bayramov Sloveniya XİN rəhbərini qarşılayıb
Azərbaycan və Sloveniya XİN başçıları ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
Ceyhun Bayramov Sloveniya XİN-in dövlət katibi ilə görüşüb - FOTO
Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə görüşüb - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər