Azərbaycan və Sloveniya XİN başçıları  ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan və Sloveniya XİN başçıları ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB


Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Sloveniya Respublikasının xarici işlər və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyini qeyd edib. Qarşılıqlı səfərlər və daimi siyasi dialoqun əlaqələrimizin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İqtisadiyyat, ticarət, energetika, xüsusilə də “yaşıl enerji” sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində mühüm imkanların mövcudluğu diqqətə çatdırılıb.

Qarşı tərəf, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, sədrliyi, sessiyanın yekunları barədə ətraflı məlumatlandırılıb, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində beynəlxalq səylərə bundan sonra da töhfə verməkdə davam edəcəyi qeyd olunub, bu istiqamətdə əməkdaşlığa hazır olduğumuz bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyində son durum barədə məlumatlandırıb.

Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***
19:37

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanya Fajon ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə XİN-İin “X” platformasındakı paylaşımında bildirilib.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

İqtisadiyyat, ticarət və enerji sahələrində mövcud əməkdaşlıq potensialı diqqətə çatdırılıb və mövcud imkanlardan yararlanmaq üçün mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq məqsədilə siyasi dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Sloveniyanın xarici işlər nazirinə münaqişədən sonrakı regional vəziyyət və reallıqlar barədə də məlumat verilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sloveniya ilə əmək və sosial müdafiə sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər