İcma Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.
İcmadan “Sizinxeber.az”a daxil olan bəyanatda bildirilib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.
"Etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir", - bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.
Oxşar xəbərlər
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmətlə yanaşmağı tələb edirik
Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verib
İcma arxiyepiskop Baqrat Qalstanyanın qərbi azərbaycanlılar barədə bəyanatına cavab verib
İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












