Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycan Prezidentinə təşəkkür edib
Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstana dəstəyinə görə təşəkkür edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Samxaradze Avropa bürokratiyasının inteqrasiya məsələlərindən Gürcüstanın daxili işlərinə müdaxilə üçün təzyiq vasitəsi kimi istifadə etdiyini deyib.
“İlham Əliyevə bu ən çətin anda Gürcüstana və gürcü xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, - Samxaradze qeyd edib.
Komitə sədri vurğulayıb ki ki, Avropa İttifaqının hazırkı bürokratiyası Gürcüstana qarşı ədalətsiz davranır və Avropa İttifaqına inteqrasiya prosesindən Gürcüstana və gürcü xalqına təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. O, Gürcüstandakı qütbləşmənin ölkənin xarici tərəfdaşların yanaşmasının nəticəsi olduğunu vurğulayıb.
“Bu, çox üzücüdür, amma fakt olaraq qalır və bu, heç kim üçün yeni deyil. Dünyada getdikcə daha çox insan əmin olur ki, bu gün Gürcüstanda baş verənlər, o cümlədən bu süni qütbləşmə əsasən bizim xarici tərəfdaşlarımızın mərifətidir. Ümid edirik ki, bu yanaşmalara yenidən baxılacaq. Avropa İttifaqına üzvlük Gürcüstan üçün siyasi vəzifə olaraq qalacaq və biz Avropa İttifaqının Gürcüstana qarşı ədalətli yanaşma göstərəcəyinə ümid edirik”, - Nikoloz Samxaradze qeyd edib.
Oxşar xəbərlər
Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycan Prezidentinə təşəkkür edib
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir
“Gürcü Arzusu” partiyası Avropa Parlamentinin qətnaməsini Gürcüstanın daxili işlərinə kobud müdaxilə adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
