İspaniyalı professor: Çox xoşbəxtəm ki, Xankəndidə Cənubi Qafqazın sabitliyinə şahidlik edirəm
sizinxeber.az xəbər saytı

İspaniyalı professor: Çox xoşbəxtəm ki, Xankəndidə Cənubi Qafqazın sabitliyinə şahidlik edirəm


Nəhayət, biz beynəlxalq hüquqa və beynəlxalq sərhədlərə uyğun olaraq buradayıq.

APA xəbər verir ki, bu fikirləri Ramon Llull Universitetinin Beynəlxalq əlaqələr üzrə professoru Jordi Xucla jurnalistlərə açıqlamasında bildirib.

O, Xankəndi ilk dəfə Xankəndi şəhərində olmaqdan məmnunluğunu ifadə edib.

İspaniyalı professor Avropanın gələcək təhlükəsizlik siyasətinə də toxunub: “Biz nəzərə almalıyıq ki, gələcək üçün Avropa xalqı təhlükəsizlik, digər sahələrdə və ya siyasi baxımdan öz qərarlarını verməlidir. Çünki ABŞ administrasiyası avropalılara aydın mesaj göndərib. Ona görə də avropalılar öz təhlükəsizliklərinin qayğısına qalmalı və bəzi geosiyasi qərarlar barədə düşünməlidirlər. Bu siyasi qərar nümunəsində biz Avropa İttifaqının qonşuluq siyasətinin sabitliyinə öz töhfəmizi verməliyik”.

Xucla əlavə edib ki, bu bölgələrin əsas nöqtələrindən biri Cənubi Qafqazdır: “Ona görə də mən çox xoşbəxtəm ki, bu torpaqda Cənubi Qafqazın sabitliyinə şahidlik edirəm”.

Professor Qarabağ münaqişəsinin həllindən də məmnunluğunu dilə gətirib: “Əvvəla mən çox məmnunam ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında və beynəlxalq sərhədlərə tam hörmətlə həll olunur. İkincisi, hesab edirəm ki, bu münaqişənin həlli bizə göstərdi ki, ikitərəfli saziş bəzi çoxtərəfli forumlardan daha çox işləyir.

Mən həyatımın 11 ilini beynəlxalq təşkilatda, yəni Avropa Şurasında keçirmişəm. Biz bunu qeyd etməliyik ki, bəzən beynəlxalq təşkilatlar nəticə vermək üçün o qədər də səmərəli və məhsuldar olmurlar”.

Oxşar xəbərlər

Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır
Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
Kobaxidze “Avropa siyasi birliyi”nin 5-ci zirvə toplantısında iştirak edəcək
Yaşar Güler: Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər