Kobaxidze “Avropa siyasi birliyi”nin 5-ci zirvə toplantısında iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Avropa siyasi birliyi”nin 5-ci zirvə toplantısında iştirak edəcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kobaxidzenin iqtisadi təhlükəsizlik və kommunikasiya ilə bağlı panel müzakirəsində çıxışı planlaşdırılır.
Qeyd olunub ki, Avropa Siyasi Birliyinin 5-ci sammitində müzakirə olunacaq əsas mövzu Avropada təhlükəsizlik çağırışlarıdır. Sammit, həmçinin miqrasiya və iqtisadi təhlükəsizlik, kommunikasiya, enerji və nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarətlə bağlı tematik müzakirələri əhatə edəcək.
İrakli Kobaxidzeni səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə müşayiət edəcək.
Oxşar xəbərlər
TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün gündəliyi açıqlanıb
Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
