Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq
Türkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla gürcüstanlı həmkarı Şalva Papuaşvili arasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş görüşdə razılıq əldə olunub.
Bu istiqamətdə addım atılmalı olduğunu diqqətə çatdıran Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib.
Türkiyəli spiker həmçinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Gürcüstanın ərazi bütövlüyünü təhdid edən problemlərin aradan qalxmasının regional sabitliyə töhfə verəcəyini qeyd edib.
Kurtulmuş hökumətlər arasında olan yaxşı münasibətləri parlament səviyyəsində davam etdirmək istədiklərini və bu əlaqələrin artırılmasında parlament diplomatiyasının bütün imkanlarından yararlanmaq istədiklərini ifadə edərək Gürcüstan parlamentində Türkiyə dostluq qrupunun yaradılmasını arzuladıqlarını bildirib.
Oxşar xəbərlər
TBMM sədri: Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri telefonla danışıb, əməkdaşlıq müzakirə olunub
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
