Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub.

Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, vurğulayıb ki, sıx təmaslar və müsbət dialoq parlamentlərimizin daha sıx əməkdaşlığına xidmət edir.

Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək, deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cahit Bağçı: Bundan sonra da Azərbaycan-Türkiyə müttəfiqliyi üçün töhfə verməyə hazıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər