Cahit Bağçı: Bundan sonra da Azərbaycan-Türkiyə müttəfiqliyi üçün töhfə verməyə hazıram
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib. Söhbət zamanı Cahit Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
Görüşdə ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Cahit Bağçı bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına faydasından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Azərbaycanla birgə bölgədə sülh və sabitlik üçün səy göstərəcəyik - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












