Sahibə Qafarova Çin nümayəndələri ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, spiker Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Görüşdə qeyd edilib ki, ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.
Söhbət zamanı bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında ən yüksək səviyyədə həyata keçirilən səfərlərin və dövlət başçıları arasında keçirilən görüşlərin mühüm rolu qeyd edilib. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlaqələrimiz Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda “Orta Dəhliz”in inkişafı istiqamətində birgə əməkdaşlıq həyata keçirilir və regionda kommunikasiyaların açılması, “Zəngəzur dəhlizi” təşəbbüsünün həyata keçirilməsi Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə növbəti töhfəsi olacaq.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançau Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, ölkələr və parlamentlər arasında əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.
Oxşar xəbərlər
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Sahibə Qafarova gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
