Zelijka Cvijanoviç: Hazırda bütün qərarları Ali nümayəndənin verməsi ölkəni böhrana aparır
"Bosniya və Herseqovina probleminə beynəlxalq müdaxilə vəziyyəti daha da gərginləşdirib. Bosniyada 30 il davam edən müharibədən sonrakı dövrə baxsaq görərik ki, hazırda bütün qərarları Ali nümayəndənin verməsi ölkəni böhrana aparır".
Sizinxeber.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsindəki "Bəyannamə və Müzakirə" adlı sessiyasında çıxış edən Bosniya və Herseqovinanın Prezidentliyinin serb üzvü Zelijka Cvijanoviç deyib.
O bildirib ki, vaxtilə düzgün yanaşma olmadığı üçün “Deyton razılaşmaları” problemi aradan qaldırmayıb, sadəcə vəziyyətin gərginləşdirilməsinin qarşısını alıb: “Biz “Deyton razılaşmaları”nı indiki vəziyyətlə müqayisə edərkən, fərqli mənzərə ilə qarşılaşırıq. Ona görə də mən hesab edirəm ki, problemə beynəlxalq müdaxilə vəziyyəti daha da gərginləşdirib. Mənim özüm istənilən müdaxilənin əleyhinəyəm. Biz konstitusiyanın öhdəliklərinə sadiq olmalı olduğumuz halda bu ideologiyadan uzaqlaşmışıq. O vaxt bizi “Deyton razılaşmaları”ndan kənar müddəaları icra etməyə məcbur edirdi. Bosniyadakı 30 illik müharibədən sonrakı dövrə baxsaq görərik ki, hazırda bütün qərarları Ali nümayəndənin verməsi ölkəni böhrana aparır. Həmin Ali nümayəndə ölkəmizdə referendum yolu ilə dəyişdirilməli olan qanunu özbaşına dəyişir. Bu necə ola bilər? Prezidentliyin üç üzvü var. Onlardan biri düşünür ki, seçilməyən əcnəbi belə qərarlar qəbul edə bilər. Bizə düzgün, həqiqi daxili dialoq imkanı yaradılmalıdır".
O, yeni konstitusiyanın qəbulu imkanlarını da dəyərləndirib: “Bu, yalnız siyasi iradə olduqda mümkündür. Bosniya xalqında isə bu, yoxdur. Elə bir siyasi iradə ortaya qoyulmalıdır ki, onunla manipulyasiya etmək mümkün olmasın. Bizdə hazırda mövcud siyasi səhnə tamamilə fərqlidir. Mən yalnız Konstitusiyanın müddəalarının tətbiqini təklif edirəm".
Oxşar xəbərlər
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərimizi səsləndirmək üçün platformadır
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərdən danışmaq üçün yaxşı fürsətdir
XI Qlobal Bakı Forumu başa çatıb
Konfrans Liqası: 1/4 finalçılar müəyyənləşib
BEA-nın icraçı direktoru: Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı platformadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
