BEA-nın icraçı direktoru: Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı platformadır
sizinxeber.az xəbər saytı

BEA-nın icraçı direktoru: Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı platformadır


COP29 çox çətin siyasi kontekstə düşdü, buna baxmayaraq, çox mühüm nəticələr əldə olundu.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.

Fatih Birol deyib ki, COP29-da karbon bazarı kimi məsələlər müzakirə olundu: “Azərbaycan hökumətinə təşəkkür edirəm ki, COP29-da belə nailiyyətlər əldə olundu”.

Fatih Birol qeyd edib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə üçün ölkələr bir araya gəlməlidir: “Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı bir platformadır. Mən Bakıda üçüncü dəfə oluram və bir daha Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Oxşar xəbərlər

Fatih Birol: Hər kəs bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu gördü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Birol: Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Cenevrədəki ofisinin baş direktoru: Biz daha inklüziv dünya qura bilərik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmail Seragəldin: Qlobal Bakı Forumu hər zaman rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər