Macarıstanın sabiq Prezidenti: Dünyada qadın liderlərə böyük ehtiyac var
sizinxeber.az xəbər saytı

Macarıstanın sabiq Prezidenti: Dünyada qadın liderlərə böyük ehtiyac var


"Dünya əhalisinin 75 faizi doğuş sayının normal səviyyədən aşağı olduğu ölkələrdə yaşayır. Cənubi Koreyada hər 20 ildə doğuşların sayı 50 faiz azalır. Hazırda orada bu rəqəm 0,5 faiz səviyyəsindədir".

Sizinxeber.az xəbər verir ki, bunu "Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun Yaradılması" mövzusunda təşkil olunan paneldə Macarıstanın sabiq Prezidenti Katalin Novak söyləyib.

Onun qənaətincə, dayanıqlı qlobal iqtisadiyyatın təməli demoqrafik artımdan keçir:

"Biz bu forumlar sayəsində başa düşürük ki, dünyada qadın liderlərə böyük ehtiyac var. Bu artıq faktdır ki, dünyada gedən proseslərə yalnız güclü liderlər təsir göstərə bilər. Bu gün qlobal şəkildə doğum hallarının sayı azalır. Doğum sayında dünya üzrə 10 faiz azalma var və bunun təsirlərini yaxın dövrdə bütün dünya görəcək. Bu gün Şimali Makedoniyada doğuşların faiz nisbəti 1,45 faiz təşkil edir. Dünya əhalisinin 75 faizi doğuş sayının normal səviyyədən aşağı olduğu ölkələrdə yaşayır. Cənubi Koreyada hər 20 ildə doğuşların sayı 50 faiz azalır. Hazırda orada bu rəqəm 0,5 faiz səviyyəsindədir. Avropa İttifaqı ölkələri bu məsələni qaldırmalıdır. Eyni zamanda miqrasiya məsələlərinə də diqqət yetirilməlidir. Çünki dünyada miqrasiyanın həcmi kifayət qədər böyükdür. Bu gün dünyada ailə faktorunu nəzərə alan siyasət həyata keçirilməlidir. Biz iqlim dəyişikliyi məsələsini qabardırıq, lakin bilməliyik ki, dayanıqlı qlobal iqtisadiyyatın təməli demoqrafik artımdan keçir. Bir çox dünya ölkələrində doğum sayı ailənin strukturundan asılıdır və onlarda tarixən mövcud olan ailə adət-ənənələri artıq qəbul edilmir. Əlbəttə ki, biz gənclər arasında doğuş sayının artırılmasının vacibliyi yönündə təbliğat aparmalıyıq".

Oxşar xəbərlər

BMT BA-nın 77-ci sessiyasının prezidenti: Azərbaycan BMT-dəki islahatlarda mühüm rol oynaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Akif Çağatay Kılıç: BMT TŞ-də yalnız 5 dövlətin öz sözünü deməsi ədalətli deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana turist gəlişi 34% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycana 2 milyona yaxın turist gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycana 1.5 milyondan çox turist gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər