Azərbaycan və Moldova XİN rəhbərləri mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Moldova XİN rəhbərləri mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib


15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə regional və beynəlxalq vəziyyətlə bağlı aktual məsələlər müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli təmasların rolu qeyd edilib.

İki ölkə arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə görüşüb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər