Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Sizinxeber.az xəbər verir ki, səfir əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn diplomat ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Daha sonra Birol Akgün Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.
Oxşar xəbərlər
FHN əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in bir qrup hərbi qulluqçusu Bakıda İkinci Şəhidlər xiyabanını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












