Sizinxeber.az » Siyasət » Xarici siyasət » Azərbaycan hərbçiləri Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir - FOTO - VİDEO

Azərbaycan hərbçiləri Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir - FOTO - VİDEO

Azərbaycan sərhədçiləri Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının sərhədboyu fəaliyyətinə nəzarət edir.

APA xəbər verir ki, avropalı müşahidəçilər fevralın 10-da Zəngilan rayonu ilə həmsərhəd ərazilərə gələrək, binoklla ətrafa baxış keçirib, o cümlədən Azərbaycan istiqamətində müşahidələr aparıblar.

Onların həm avtomobillərlə, həm də piyada hərəkətləri Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altında saxlanılıb və qeydə alınıb.

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə məlumatgörüntülər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !