Sizinxeber.az » Siyasət » Xarici siyasət » Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO - FOTO

Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO - FOTO

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.

Sizinxeber.az xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.

Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında mütəmadi məlumatlar və görüntülər yayılır. Bir müddət əvvəl Sizinxeber.az da Qazax rayonu ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərinin fəaliyyəti barədə məlumat və görüntü yaymışdı (https://apa.az/xarici-siyaset/ai-musahidecileri-bu-defe-qazaxla-serhedde-azerbaycan-serhedcileri-onlarin-hereketlerini-nezaret-altinda-saxlayib-video-886824).

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !