Sizinxeber.az » Siyasət » Xarici siyasət » Azərbaycanla sərhəddə aktivləşən Aİ “müşahidəçiləri" erməni hərbçilərlə birgə keçmiş “Laçın dəhlizi” istiqamətində müşahidələr aparır - VİDEO

Azərbaycanla sərhəddə aktivləşən Aİ “müşahidəçiləri" erməni hərbçilərlə birgə keçmiş “Laçın dəhlizi” istiqamətində müşahidələr aparır - VİDEO

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər.

Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi.

Bununla bağlı APA-ya yeni məlumatlar və görüntülər daxil olub. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.

Aydın olur ki, bu gün saat 13.10 radələrində “müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.

Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.

Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb.

Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !