Bakıda Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 33 illiyi qeyd edilib
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü ildönümü münasibətilə tədbir təşkil edib.
“Report” xəbər verir ki, tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ikitərəfli münasibətlərin mövcud vəziyyətini dəyərləndirib.
"Son üç onillikdə Azərbaycan və Ukrayna etibarlı münasibətlər və əməkdaşlıq üçün möhkəm təməl qurub", - səfir bildirib.
O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə Azərbaycana təşəkkür edib, həmçinin iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsində iki ölkənin parlamentlərarası missiyalarının mühüm rolunu vurğulayıb.
"Ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etməkdə davam edir. Biz, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına Ukraynaya 1 milyon dollar məbləğində növbəti humanitar yardım paketinə görə təşəkkürümüzü bildirmək istərdik", - diplomat qeyd edib.
Y.Qusev, həmçinin Ukraynanın humanitar minalardan təmizlənməsinə dəstəyinə görə Azərbaycana təşəkkür edib və bu sahədə gələcək əməkdaşlığa ümid etdiyini bildirib. O, münaqişədən zərər çəkmiş ukraynalı uşaqlarının reabilitasiyasına göstərilən köməyə görə də təşəkkürünü ifadə edib.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Bakıda Ukrayna Kino Günləri keçirilir
Səfir: "Ukrayna Azərbaycana ixracı 15 % artırıb"
Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir
Ukrayna və Küveytin Bakıdakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
