Bakıda Ukrayna Kino Günləri keçirilir
Bakıda "Ukrayna mədəniyyətinin yeni üfüqləri" layihəsi çərçivəsində Ukrayna Kino Günləri keçirilir.
“Report” xəbər verir ki, dekabrın 1-dək davam edəcək tədbir çərçivəsində səkkiz film nümayiş olunacaq.
Tədbirin xüsusi qonaqları ukraynalı aktyor və rejissor Ahtem Seitablayev, həmçinin Ukrayna Kinematoqrafçılar Milli İttifaqının sədri Sergey Borodenyuk olub.
Rəsmi açılış mərasimində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxış edib: "Biz Ukrayna kinematoqrafiyasının müharibə şəraitində necə inkişaf etdiyini nümayiş etdirməyə şadıq".
Y.Qusev, həmçinin qeyd edib ki, bu yaxınlarda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib, buna görə də Azərbaycanda Ukrayna Kino Günlərinin keçirilməsi ölkələr arasında mədəni körpülər qurmağa imkan verir.
Eyni zamanda, səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.
Açılış çərçivəsində azərbaycanlı aktyor Novruz Paşayevin Ukrayna kinematoqrafiyasının ən yüksək mükafatı olan "Qızıl Yula" ilə təltif edilməsi mərasimi keçirilib.
Oxşar xəbərlər
Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna səfiri GUAM-ın baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












