Əli Əsədov: Azərbaycan Aİİ ölkələri ilə iqlim problemlərinin həllində əməkdaşlığa hazırdır
Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə münasibətləri artıq 30 ildən çoxdur ki, dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
"Ötən il ölkələrimiz arasında həm dövlət başçıları, həm də hökumət başçıları və üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Bu, ölkələrimiz arasında müxtəlif səviyyələrdə intensiv dialoqun göstəricisidir", - o qeyd edib.
Hökumət başçısı xatırladıb ki, ötən ilin noyabrında Bakı COP29 iqlim konfransını uğurla keçirib və Aİİ-nin üzvləri və tərəfdaşları bu tədbirdə ən yüksək səviyyədə təmsil olunublar.
"Fürsətdən istifadə edərək, Azərbaycan hökuməti adından konfransın işinə verdiyiniz töhfəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Aİİ üzrə tərəfdaşlarımız da daxil olmaqla, 200-ə yaxın ölkənin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi edən ölkə seçilib. Biz bu dəstəyə görə minnətdarıq", - Baş nazir bildirib.
Ə.Əsədov həmçinin vurğulayıb ki, Azərbaycan qlobal iqlim problemlərinin həllində Aİİ ölkələri ilə əməkdaşlığa hazırdır.
Oxşar xəbərlər
Əli Əsədov: "Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biridir"
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
Rusiya Baş naziri İrəvanda səfərdədir
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













