Azərbaycan, Türkiyə və Özbəkistan ərazi bütövlüyünə qarşı addımlarla bağlı birgə hərəkət edəcək
Azərbaycan, Türkiyə və Özbəkistanın suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra hər üç ölkə birgə fəaliyyət göstərəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu məsələ Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünun yekunlarına dair qəbul olunmuş Ankara Bəyannaməsində öz əksini tapıb.
Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.
Həmçinin iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.
Bəyannamədə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti də vurğulanıb.
Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbirlər proqramı təsdiqlənib - YENİLƏNİB
Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Azərbaycan Türkiyə və Özbəkistanın azad edilmiş ərazilərdə yenidənqurma işlərində dəstəyini təqdir edib
Türkiyə Ticarət Nazirliyi: Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək
Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
