Simonyan: Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət məcrada inkişaf edir
Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin bir çox bəndləri üzrə razılığa gələ bilib, danışıqlarda müsbət dinamika müşahidə olunur.
“Sizinxeber.az” erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Bakı və İrəvan arasında sülh sazişinin qalan iki maddəsi üzrə müzakirələr davam etdiriləcək. Azərbaycanda da müzakirə edilməli iki bəndin qaldığını bəyan etmələrini çox müsbət hesab edirəm", - o qeyd edib.
Simonyan bildirib ki, hazırda İrəvanda Azərbaycan tərəfinin qarşılıqlı məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı irəli sürdüyü təklif müzakirə olunur.
"Biz sülh sazişinin 10-dan çox bəndi üzrə razılığa gələ bildik. Fikrimcə, bu, hər iki tərəfin böyük qələbəsidir. Bizim iki dövlət (delimitasiya komissiyaları) arasında imzalanmış ilk hüquqi sənədimiz, delimitasiya olunmuş sərhədimiz və bu sərhəd prosesini davam etdirmək üçün məntiqimiz var. Proses müsbət xarakter daşıyır", - o bildirib.
Qeyd edək ki, Bakı və İrəvan sülh sazişi layihəsinin 17 maddəsindən 15-ni razılaşdırıb.
Oxşar xəbərlər
Alen Simonyan: Sülh sazişi ətrafında proses dayandırılmayıb, müsbət dinamika var
Alen Simonyan: Reqlamentin mövcudluğu Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir
Simonyan: Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ sülh müqaviləsi layihəsinə daxil edilməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
