Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Azərbaycanın Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.
Səfirlikdən “Sizinxeber.az”a verilən məlumata görə, tədbirdə “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya, o cümlədən assosiasiyanın üzvləri, tələbələr, QHT təmsilçiləri, iş adamları və Azərbaycanın dostları iştirak edib.
Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Məmməd Talıbov iştirakçıları 20 Yanvar faciəsi barədə məlumatlandırıb. O, həmin dövrün siyasi və sosial vəziyyətindən, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov rejiminin Azərbaycanda törətdiyi qəddar və amansız addımlarından bəhs edərək, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusunda mübarizənin əhəmiyyətini qeyd edib.
Xalqımıza qarşı törədilən bir sıra cinayətlərə, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan səfir Ulu Öndərin 20 Yanvar tarixinin ölkəmizdə “Ümumxalq Hüzn Günü” elan etdiyini, şəhidlərin xatirəsini əbədiləşdirməsi məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldığını diqqətə çatdırıb.
Faciənin müasir dövrdə xalqımızın müstəqillik mübarizəsinə təsirlərindən danışan səfir 20 Yanvar hadisələrinin müstəqil Azərbaycan dövlətinin qurulmasında və xalqın müstəqillik əzminin daha da güclənməsindəki mühüm rolun vurğulayıb, Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu deyib.
Tədbirdə, həmçinin Azərbaycanın müstəqillik illərində keçdiyi yolda əldə etdiyi nailiyyətlər qeyd olunub, müstəqil Azərbaycanın beynəlxalq və regional rolundan söz açılıb. Ölkəmizin ətraf mühit, iqlim dəyişikliyi, mədəniyyətlərarası dialoq və digər qlobal məsələlərdə müstəsna rolundan bəhs olunub.
Mərasim çərçivəsində 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş edilib.
Oxşar xəbərlər
ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb
Rumıniyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
