Baş nazir: Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət veririk
Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir.
Sizinxeber.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib.
“Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Bu gün bizim sektorial əməkdaşlığımızın perspektivləri və təşəbbüslərini müzakirə etmək imkanımız olacaq”, - İrakli Kobaxidze deyib.
Baş nazir komissiyanın iclası çərçivəsində əldə olunan nəticələrin strateji tərəfdaşlığa və əməkdaşlığın dərinləşməsinə əlavə təkan verəcəyinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Kobaxidze Azərbaycana gəlir
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir
İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb
Yaşar Güler: Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
