Azərbaycan və Litva XİN başçıları arasında telefon danışığı olub, təyyarə qəzası müzakirə edilib
Bu gün Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Kestutis Budris “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Kestutis Budris ilk telefon zənginin belə kədərli gün ilə bağlı aparılmasından təəssüfləndiyini, Litva tərəfinin yaralıların reabilitasiyası və faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün dəstəyin göstərilməsinə daim hazır olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar, əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Litvanın yeni xarici işlər naziri təyyarə qəzasına görə azərbaycanlı həmkarına başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrov Ceyhun Bayramova zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə qardaş Azərbaycanla hər zaman həmrəydir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












