Metyu Miller: Qazaxıstan və Azərbaycana təyyarə qəzası ilə əlaqədar kömək etməyə hazırıq
sizinxeber.az xəbər saytı

Metyu Miller: Qazaxıstan və Azərbaycana təyyarə qəzası ilə əlaqədar kömək etməyə hazırıq


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Oxşar xəbərlər

Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Rusiyadakı səfirliyində aviaqəza ilə bağlı başsağlığı kitabı açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər