Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub


Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.

Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

Nazir Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər