İlham Əliyev keniyalı həmkarını təbrik edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev keniyalı həmkarını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

"Sizinxeber.az"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz genişlənmiş, müxtəlif sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmişdir.

İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxşar xəbərlər

İlham Əliyev Keniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Misir Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Almaniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər