Prezident: Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın humanitar problemlərinin aradan qaldırılmasına dəstək verməyə hazırdır
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın humanitar problemlərinin aradan qaldırılmasına dəstək verməyə hazırdır


Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığı zamanı bildirilib.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Prezidenti Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümid edir
Prezident İlham Əliyev Rəcəb Təyyib Ərdoğana zəng edib, Suriyada vəziyyət müzakirə olunub
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib, Suriyada vəziyyət müzakirə olunub
Misir Prezidenti: Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər