sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ceyhun Bayramov ATƏT-in yeni Baş katibi ilə telefon danışığı aparıb
Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT Baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona davamlı uğurlar arzulayıb.
Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm Baş katibin diqqətinə çatdırılıb.Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi təyin edilib
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













