Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB


Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş konfrans keçirilib.

APA xəbər verir ki, konfransda millət vəkilləri, ictimaiyyət nümayəndələri və sözügedən adanın təmsilçiləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, rəhbərlik etdiyi təşkilat müstəmləkəçilik əleyhinə mübarizənin beynəlxalq hüquq çərçivəsində aparılmasının tərəfdarıdır.

O, eyni zamanda, Bakı Təşəbbüs Qrupunun müstəmləkə şəraitində yaşayan xalqlara dəstək istiqamətindəki fəaliyyətindən danışıb:

"İndiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq plarformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".

Sen Martin adasının Parlament üzvü Franklin Meyers müstəmləkədən xilasın bu şəraitdə yaşayan istənilən xalqın müstəsna hüququ olduğuna diqqət çəkib.

O, bu yolda göstərilən dəstəyə görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıq edib:

"Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır. Biz Bakı Təşəbbüs Qrupuna bu istiqamətdə göstərdiyi dəstəyə görə təşəkkür edirik".

Sen Martin adasında fəaliyyət göstərən"One Saint Martin" Assosiasiyasının prezidenti Rhonda Arrindell isə deyib ki, ada 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalı ilə üzləşib: "Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb".

Tədbir panel müzakirə formatında davam etdirilib.

***

10:13

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

APA xəbər verir ki, konfransda Bakı Təşəbbüs Qrupunun və Sen Martin Adasının təmsilçiləri iştirak edir.

Oxşar xəbərlər

Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abbas Abbasov: Müstəmləkəçiliklə yalnız beynəlxalq hüquq çərçivəsində mübarizənin tərəfdarıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martinə həsr olunmuş konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sen Martin adasının parlament üzvü: Fransa və Niderlandın müstəmləkəçiliyindən xilas olmaq bizim xalqların ən müstəsna hüququdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər