Sizinxeber.az » Siyasət » Xarici siyasət » Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY

Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY

Ermənistan beynəlxalq hüquqa əməl etməli, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə azərbaycanlılar Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib:

“Belə ki, soydaşlarımız deportasiyalar zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalıblar. Bununla da onlar öz doğma yurdlarını tərk etməyə məcbur olublar”.

Deputat bildirib ki, 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı azərbaycanlılara məxsus mədəni irs də soyqırımına məruz qalıb:

“Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Ona görə də Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinq edilməsi üçün UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməlidir”.

S.Salmanova "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Bakıda keçirilən II beynəlxalq konfransın əhəmiyyətini də önə çəkib:

“Hesab edirəm ki, 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdış hüququnun təmin edilməsi üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır”.

Parlamentari onu da bildirib ki, hazırda qarşıda duran ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır:

“Əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tarixi torpağımız olan Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağımız gün uzaqda deyil.

Ermənistan başa düşməlidir ki, bizim ona qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz, sadəcə, Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik”.

“İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər yaratmamalıdır”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !