"Diplomatik xidmət haqqında" yeni qanun qəbul ediləcək
Uzun müddət beynəlxalq münasibətlər çərçivəsində konsulluqda, səfirlikdə işləyən əməkdaşlarımız ciddi maliyyə problemləri ilə rastlaşıb. Amma indi yeni sistem tətbiq edilir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, maliyyələşmə problemlərinin böyük əksəriyyəti öz həllini tapıb: "Yeni sistem maliyyələşmənin ildən-ilə artmasına hədəflənib. Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür, bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır".
Oxşar xəbərlər
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il üçün pensiyaların proqnozlaşdırılan məbləğləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeddinci çağırış Milli Məclisin ilk iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin komitə sədrlərinin müavinləri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












