Azərbaycan Mayami şəhərində “İllik Mədəniyyət Festivalı”nda təmsil olunub
Azərbaycan ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən “İllik Mədəniyyət Festivalı”nda təmsil olunub.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, festivalda 300-dən çox dövlətin mədəniyyəti nümayiş olunub.
Azərbaycan üçün ayrılan guşədə milli atributlarımız, ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən müxtəlif əşyalar nümayiş etdirilib. Milli geyimdə olan azərbaycanlı gənclər qonaqlara xalqımızın ən qədim adət- ənənələrindən biri olan xına yaxmaq mərasimini nümayiş etdiriblər. Stendi ziyarət edən qonaqların əllərinə xına ilə müxtəlif naxışlar vurulub.
Guşədə milli musiqilər səslənib, rəqslər nümayiş olunub və qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar. Şəhər rəsmiləri Azərbaycanın stendini ziyarət edib, həmvətənlərimizlə görüşüblər.
Mayami-Dade dairəsinin meri Daniella Levin Kava Azərbaycan mədəniyyətinə öz heyranlığını dilə gətirib. O, Azərbaycanın festivalda yüksək səviyyədə təmsil olunduğunu bildirib və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvü Nabat Eminova “Təşəkkürnamə” təqdim edib.
Yerli media Azərbaycan stendi barəsində geniş xəbər yayımlayıb.
Oxşar xəbərlər
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
ABŞ-də beynəlxalq Millətlər Festivalında ən çox Azərbaycan guşəsi ziyarət olunub
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
