Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » ABŞ-də beynəlxalq Millətlər Festivalında ən çox Azərbaycan guşəsi ziyarət olunub

ABŞ-də beynəlxalq Millətlər Festivalında ən çox Azərbaycan guşəsi ziyarət olunub

Azərbaycan ABŞ-nin Meyn ştatının Portland şəhərində keçirilən Millətlər Festivalında ("Festival of Nations") təmsil olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, hər il keçirilən ənənəvi festivalda ölkəmizi Meyn Azərbaycan Cəmiyyətinin nümayəndələri təmsil edib.

Təşkilatın rəhbəri Tərlan Əhmədov "Report"a bildirib ki, artıq 22 ildir keçirilən keçilən festivalda dünyanın 30-dan çox ölkəsindən, eləcə də kiçik ada dövlətlərindən, müxtəlif etnik xalqlardan olan nümayəndələr iştirak edirlər. Təmsilçilər festivalda milli adət-ənənələrini, milli mətbəxlərinin ləziz təamlarını, geyimlərini, musiqilərini və mədəniyyətlərini nümayiş etdiriblər.

Festivalda Azərbaycan guşəsində qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib. Bayraqlarımız və milli atributlarımızla bəzədilən Azərbaycan güşəsində qonaqlara icma üzvləri tərəfindən mətbəximizin ləziz təamları (plov, kabab, şəkərbura, paxlava) təqdim olunub.

Milli geyimlərdə olan azərbaycanlı uşaqların nümayiş etdiriyi milli rəqslər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Bununla yanaşı, güşəyə milli geyimlərimizin əks olunduğu lövhələr qoyulub ki, festival ziyarətçiləri həmin lövhələrin önündə şəkil çəkdiriblər.

Festivalda Azərbaycan musiqisi də ifa olunub. Gün ərzində ən çox ziyarətçini qəbul edən Azərbaycan güşəsinə maraq yüksək olub. Qonaqlar guşədə yüksək əhval-ruhiyyə ilə vaxt keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !