Gəncədə Mustafa Kamal Atatürkün xatirəsi anılıb
sizinxeber.az xəbər saytı

Gəncədə Mustafa Kamal Atatürkün xatirəsi anılıb


Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkənin qurusucu və ictimai-siyasi xadimi Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "Nuri Paşa" zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.

Əvvəlcə Mustafa Kamal Atatürkün, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Atatürklə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.

Oxşar xəbərlər

XİN: Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik
Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib - FOTOLENT
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
Naxçıvanda Atatürkün xatirəsi anılıb
Türkiyəli şəhid övladları: Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle