Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib - FOTOLENT
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə çələng qoyub.
Anım mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-mayor Kənan Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, daha sonra çıxışlar olub.
Oxşar xəbərlər
Türkiyənin baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
