Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
sizinxeber.az xəbər saytı

Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub


Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub.

"Sizinxeber.az" xəbər verir ki, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Mustafa Kamal Atatürkün liderliyi ilə türk əsgərlərinin qəhrəmanlığından danışıb, eləcə də Zəfər gününün əhəmiyyətini diqqətə çatdırıb.

Şəhid məzarları və "Türk şəhidliyi" abidəsi önünə gül dəstələri və əklil qoyulub.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. İlk dəfə 1923-cü ildə qeyd edilən Zəfər günü 1926-cı ildən rəsmi olaraq Zəfər bayramı elan olunub.

Avqustun 30-u, həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Oxşar xəbərlər

Türkiyə səfiri Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin Zəfər Bayramı günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər